İşə qəbul prosesi
1. İşə qəbul prosesində ilkin seçim
2. İşə qəbul prosesinin müsabiqə mərhələsi
3. İşə qəbul prosesinin müsahibə mərhələsi
4. Kadr ehtiyatı bazası
1. İşə qəbul prosesində ilkin seçim
-
Namizədlər elan edilmiş vakansiyalar haqqında daha geniş məlumat əldə etmək üçün vakansiyanın təsviri formasına daxil olur,
-
Namizədlər vakansiya elanında qeyd edilən son müraciət tarixinədək elektron qaydada müraciət etməlidir,
-
Namizədlərin müraciəti daxil olduqdan sonra müraciətdə qeyd olunan məlumatların elan edilmiş vakansiyanın tələblərinə uyğun olub-olmaması İnsan resurslarının idarəolunması şöbəsi tərəfindən yoxlanılır.
-
Vakansiya üzrə müraciətlərin təhlili tam yekunlaşdırıldıqdan sonra yalnız göstəriciləri kvalifikasiya tələblərinə uyğun olan namizədlərə növbəti mərhələ barədə məlumat verilir.
2. İşə qəbul prosesinin müsabiqə mərhələsi
-
Fəhlə kateqoriyalı vəzifələr (ixtisaslı və ixtisassız fəhlələr)
-
İxtisaslı fəhlə kateqoriyalı vakansiyalara müraciət etmiş namizədlər ilkin olaraq sadə məntiqi təfəkkürlə bağlı 5 sual, dünyagörüşü ilə bağlı 5 sual və funksional sahə üzrə 10 sual olmaqla, cəmi 20 sualdan ibarət test imtahanına cəlb olunurlar. İmtahanın vaxtı 30 dəqiqə müəyyən edilir. İmtahanda uğur qazanmaq üçün namizəd ən azı 12 bal (3 bal sadə məntiqi təfəkkür, 3 bal dünyagörüşü və 6 bal funksional sahə üzrə olmaqla) toplamalıdır.
-
İxtisassız fəhlə kateqoriyalı vəzifələr üzrə namizədlər ilkin olaraq sadə məntiqi təfəkkürlə bağlı 5 sual və dünyagörüşü ilə bağlı 5 sual olmaqla, cəmi 10 sualdan ibarət test imtahanına cəlb olunurlar. Vaxt müddəti 20 dəqiqə təyin olunur. İmtahanda uğur qazanmaq üçün namizəd ən azı 6 bal toplamalıdır.
-
Bundan əlavə, vakansiya tələblərinə uyğun olaraq, fəhlə kateqoriyalı vakansiyalar üzrə namizədlər peşə sınaq imtahanına cəlb oluna bilərlər.
-
Mütəxəssis və texniki icraçı kateqoriyalı vəzifələr üzrə vakansiyalar olduqda namizədlərin ilkin qiymətləndirilməsinin aparılması üçün test imtahanı keçirilir. İmtahanlar açıq sual və test şəklində aparılır. Vakansiya üzrə tələblərə uyğun olaraq, namizədlərə iddia etdiyi vəzifə üzrə biliklərini müəyyən etmək üçün ən azı 15 sual verilir. İmtahanda uğur qazanmaq üçün namizəd ən azı 10 bal toplamalıdır. Əlavə olaraq, müvafiq namizədlərlə davranış bacarıqlarını və Cəmiyyətin korporativ dəyərlərinə uyğunluğunu qiymətləndirmək üçün şəxsiyyət qiymətləndirmələri və ya psixometrik testlər keçirilə bilər.
-
Rəhbər kateqoriyalı vəzifələr üzrəvakansiyalar üzrə uyğun namizədlər birbaşa müsahibəyə dəvət edilir.
Qeyd:
-
İşdən müvafiq əsaslarla öz təşəbbüsü ilə çıxıb, yenidən 6 (altı) ay ərzində qayıdan işçilər müsabiqə mərhələsini keçmədən müsahibə əsasında işə qəbul edilir. Müddət 6 (altı) aydan artıq olarsa, namizəd yenidən işə qəbul təlimatına uyğun mərhələlərdən keçməlidir.
-
Namizəd hər hansı vakansiya üzrə müsabiqədən keçmədiyi təqdirdə, eyniadlı vakansiya üzrə 3 (üç) ay sonra yenidən müraciət edə bilər.
2. İşə qəbul prosesinin müsahibə mərhələsi
-
Test imtahanın nəticəsində uğur qazanmış namizədlərə müsahibənin keçirilmə vaxtı ilə bağlı əlaqə saxlanılaraq məlumat verilir.
-
Müsahibəyə dəvət olunan namizədlər İnsan resurslarının idarəolunması şöbəsinin əməkdaşı, aidiyyəti struktur bölmə rəhbəri və ya struktur bölmənin səlahiyyətli əməkdaşı ilə müsahibəyə dəvət olunur.
-
Müsahibə zamanı namizədin peşəkarlıq və fərdi keyfiyyət göstəriciləri müəyyən edilir.
-
Müsahibədən keçmək üçün namizədə həm Peşəkarlıq göstəriciləri üzrə, həm də səriştəlilik üzrə verilən balların ədədi ortası 3 bal olmalıdır. Müsahibəni müvəffəqiyyətlə keçmiş namizədlərin müəyyənləşdirilməsi məqsədilə sonda həm səriştəliliyin qiymətləndirilməsi, həm də peşəkarlıq göstəricilərinin təyin olunması üzrə orta bal toplanılır və yuxarıdan aşağı olmaqla müsahibənin yekununda namizədlər topladıqları ballara uyğun sıralanırlar.
-
Müsahibədə bərabər nəticələr əldə etmiş namizədlərdən ilkin olaraq elmi dərəcəsi olanlara, daha sonra müvafiq vakansiyanın tələbinə uyğun iş təcrübəsi çox olanlara və vəzifə təlimatlarında qeyd olunan üstünlük göstəricilərinə malik olanlara, şəhid ailəsinin üzvlərinə, öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara, məcburi köçkün və onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə, müharibə iştirakçılarına üstünlük verilir.
-
Eyniadlı vakansiya üzrə namizədin müraciət etmək hüququ yalnız sonuncu uğursuz müsahibə (ortalama 3 baldan aşağı nəticəsi olan) və ya imtahan tarixindən 3 ay keçdikdən sonra yaranır.
-
Müsahibə ümumilikdə başa çatdıqdan sonra namizədin müsabiqə nəticələri barədə onlara portal və ya elektron poçt üzərindən məlumat göndərilir.
4. Kadr ehtiyatı bazası
-
Müsabiqənin nəticələri üzrə keçid balını toplamış, lakin komplektləşdiriləcək vakansiya sayı keçid balını toplayan namizədlərin sayından az olduğu üçün barələrində təyinat aparılmayan namizədlər kadr ehtiyatı bazasına daxil edilərək elektron qaydada məlumatlandırılır. Müsahibədən sonra qiymətləndirilmədə daha az bal toplamış, lakin müvafiq keçid balını toplamaqla müsbət rəy almış namizədlərin şəxsi məlumatları Cəmiyyətin müvafiq bazasına əlavə olunur. Cəmiyyət üzrə vakansiyanın elan olunduğu tarixdən 6 ay müddətində eyniadlı vakansiya yaranarsa, həmin namizədlərə imtahana və müsahibə mərhələlərinə dəvət olunmadan sifarişçi struktur bölmə ilə razılıq əsasında iş təklif oluna bilər.