MƏXFİLİK SİYASƏTİ
1. Ümumi müddəalar
Bu Məxfilik Siyasəti (bundan sonra – Siyasət) “AzerGold” Qapalı Səhmdar
Cəmiyyətinə (bundan sonra – Cəmiyyət) (ünvan: AZ1010, Azərbaycan
Respublikası, Bakı şəhəri, Mikayıl Müşfiq 2H; telefon: +994 12 505 02 02;
epoçt: [email protected]) məxsus olan və onun tərəfindən idarə olunan
https://azergold.az internet informasiya ehtiyatının
https://careers.azergold.az veb portalında (bundan sonra – Portal)
toplanılan və işlənilən fərdi məlumatlara şamil olunur.
Portaldan istifadə edərək uyğun vakansiyaya müraciət etdiyiniz zaman Siz
(bundan sonra – İstifadəçi) “Razıyam” seçimini təsdiqləməklə, bu Siyasətin
şərtləri ilə razı olduğunuzu və Portalda təqdim etdiyiniz fərdi məlumatların
Cəmiyyət tərəfindən “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının
Qanununun 8.1-ci maddəsinə uyğun olaraq toplanılmasına və işlənilməsinə
yazılı razılıq verdiyinizi təsdiqləmiş sayılırsınız.
2. Toplanılan fərdi məlumatlar və onların işlənilmə məqsədi
| Məlumatlar |
Məqsəd |
| Ad, soyad və ata adı |
Müraciətləri fərdiləşdirmək üçün |
| Cins |
İşin spesifik xüsusiyyətlərinə uyğunluğu müəyyən etmək üçün |
| Fotoşəkil |
Namizəd növbəti mərhələyə dəvət olunduğu zaman, vizual tanınması üçün
|
| E-poçt ünvanı |
Namizədlə əlaqə saxlamaq və bildirişlərin göndərilməsi üçün |
| Doğum tarixi |
Əmək qanunvericiliyi tələblərinə riayət etmək və statistik hesabat
üçün
|
| Ailə vəziyyəti |
Yalnız qanunvericiliklə tələb olunduğu halda işlənir |
| Vətəndaşlıq |
Qanunvericilikdən irəli gələn öhdəlikləri yerinə yetirmək üçün |
| Faktiki yaşayış ünvanı |
Vakansiyanın yerləşdiyi əraziyə uyğunluğu müəyyən etmək üçün |
| Mobil və ev telefonu |
Namizədlə əlaqə saxlamaq üçün |
| Təhsil |
Təhsil tələblərinə uyğunluğu müəyyən etmək üçün |
| İş təcrübəsi |
İş təcrübəsi tələblərinə uyğunluğu müəyyən etmək üçün |
| Dil bilikləri |
Dil tələblərinə uyğunluğu müəyyən etmək üçün |
| Təlimlər |
Bacarıqların qiymətləndirilməsi üçün |
| CV |
Vakansiya üzrə uyğunluğu qiymətləndirmək üçün |
| Diplom* |
Təhsil tələblərinə uyğunluğu müəyyən etmək üçün |
| Şəxsiyyəti təsdiq edən sənəd* |
Fərdin identifikasiyası üçün |
| Məhkumluq haqqında arayış* |
İşin spesifik xüsusiyyətlərinə uyğunluğu müəyyən etmək üçün |
| Xarici pasport* |
Fərdin identifikasiyası üçün |
| Hərbi bilet* |
İşin spesifik xüsusiyyətlərinə uyğunluğu üçün |
| Sürücülük vəsiqəsi* |
İşin spesifik xüsusiyyətlərinə uyğunluğu üçün |
Qeyd: * işarəsi olan sənədlər yalnız namizəd növbəti
mərhələyə keçdikdə tələb olunur.
3. Razılıq və imtina hüququ
İstifadəçi bu Siyasəti qəbul etməklə fərdi məlumatlarının 7-ci bənddə
göstərilmiş müddətə toplanılmasına və işlənilməsinə razılıq verir.
İstifadəçi istənilən vaxt [email protected] ünvanına müraciət etməklə
razılığı geri götürə bilər.
4. Məlumatların üçüncü şəxslərə ötürülməsi
Cəmiyyət məlumatları üçüncü şəxslərə ötürmür. İstisnalar:
- Qanunvericilik tələb etdikdə
- İstifadəçinin yazılı razılığı olduqda
5. İstifadəçinin hüquqları
Hüquqlar “Fərdi məlumatlar haqqında” Qanunun 7-ci maddəsinə uyğun müəyyən
olunur.
6. Məlumatların təhlükəsizliyi
Məlumatlar qorunan server infrastrukturlarında saxlanılır. Şifrələmə və
kiberhücumlara qarşı təhlükəsizlik tədbirləri tətbiq edilir.
7. Saxlanma müddəti
Bütün məlumatlar 5 il saxlanılır və müddət bitdikdə arxivləşdirilir.
8. Siyasətə dəyişikliklər
Siyasət vaxtaşırı yenilənə bilər və dəyişikliklər Portalda yerləşdirildikdən
sonra qüvvəyə minir.